Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Rusiyanın “Akkuyu”ya qoyacağı sərmayə AÇIQLANDI

Rusiya “Akkuyu”ya    24 milyard dollar    sərmayə qoyacaq 
Türkiyədə “Akkuyu” AES-in tikintisinə Rusiya investisiyalarının ümumi həcmi təxminən 23-24 milyard dollar təşkil edəcək.
Yenixeber.org: Bunu Rusiya prezidenti Vladimir Putinin Sarovda gənc alimlərlə görüşündə “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov deyib.
“Misirdə biz layihəni demək olar ki, tamamilə maliyyələşdiririk. Bu, 25 milyard dollara başa gəlir”-deyən Putin Lixaçova sual ünvanlayaraq vurğulayıb: “Türkiyədə 17 milyard dollardır?”.
Lixaçov cavabında isə bildirib: “Xeyr, Türkiyədə 23-24 milyard dollar olacaq”.
Qeyd edək ki, “Akkuyu” Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış əməkdaşlıq haqqında hökumətlərarası saziş əsasında həyata keçirilir.
Stansiya Rusiya istehsalı olan “3+” nəsil VVER reaktorları olan dörd enerji blokundan ibarət olacaq. Hər bir enerji blokunun gücü 1,2 min MVt olacaq. AES istismara verildikdən və tam gücünə çatdıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Bu günə qədər layihə tam şəkildə Rusiya tərəfi tərəfindən maliyyələşdirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam