Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Bayden tərəfdarlarını itirir -SORĞU

"Gallup" araşdırmasına görə, amerikalıların 50%-dən çoxu Co Baydenin ABŞ prezidenti kimi fəaliyyətinə mənfi baxır. Sorğunun nəticələrinə görə, respondentlərin 42%-i Ağ Ev rəhbərinin hərəkətlərini bəyənir, 53%-i isə əks mövqedədir.
Yenixeber.org: "Gallup" sorğunun nəticələrinə əsasən qeyd edib ki, Baydenin reytinqləri hazırda ABŞ-a təsir edən doqquz əsas məsələ üzrə eyni səviyyədə deyil. Belə ki, prezidentin Ukrayna münaqişəsi ilə bağlı hərəkətlərini amerikalıların 47%-i dəstəkləyir, 50%-i isə bəyənmir. Bayden dövründə Rusiya ilə münasibətlərin vəziyyəti respondentlərin 59%-ni qane etmir, respondentlərin yalnız 37%-i dövlət başçısının bu istiqamətdə siyasətini bölüşür.
Əksər amerikalıların nifrət etdiyi şey Baydenin Çinə və immiqrasiyaya yanaşmasıdır. Respondentlərin yalnız 32%-i Ağ Evin Çinə qarşı siyasətini bəyənir, 63%-i isə dəstəkləmir. İmmiqrasiyaya gəlincə, 66% narazı, yalnız 31% loyaldır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam