Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

KİV: “Yoxsulluq həddində yaşayan ermənilər Türkiyə ilə münasibətlərin qurulmasının tərəfdarıdır”

 “Ermənistanda yoxsulluq həddində yaşayan 3 milyonluq erməni əhalisinin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır”.

 Yenixeber.org: Bu barədə Türkiyənin “Star” qəzetində dərc olunan məqalədə bildirilib.

Qeyd edilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə ilə diplomatik məsələləri “mehriban qonşuluq münasibətləri” əsasında həll etmək istəyi ABŞ və digər ölkələrdə yaşayan ermənilər tərəfindən sərt qarşılanır.

Müəllif hesab edir ki, erməni diaspora hər vəchlə buna qarşı çıxır, erməni lobbisinin dərdi ermənilərin qayğısına qalmaq deyil, imperialist güclərin maraqlarına xidmət etməkdir: “Ancaq hiss olunur ki, Ermənistanda yoxsulluq dairəsində yaşayan 3 milyonluq erməni əhalisinin əksəriyyəti Türkiyə ilə yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır. Bunun ən bariz sübutu Türkiyədə qeyri-qanuni işləyən və qazancını Ermənistandakı ailələrinə göndərən Ermənistan vətəndaşlarının sayının 100 mini ötməsidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam