Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Rəsmi İslamabad:"Taliban” Pakistanın təhlükəsizliyini təhdid edir"

 

Rəsmi İslamabad “Taliban”ı Pakistanın təhlükəsizliyinin təhdidində iştirakda ittiham edib.

Yenixeber.org:  Bunu Pakistanın xarici işlər nazirinin müavini Hana Rəbbani avqustun 5-də yerli telekanala müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkəsi ittihamla bağlı Əfqanıstandakı “Taliban” hökumətinə sənədlər təqdim edib.

H.Rəbbani Pakistanın xarici işlər naziri Bilawal Bhutto Zardarinin son açıqlamalarını təkrarlayaraq deyib ki, Əfqanıstandakı hökumət “Taliban” terror qruplaşmasına qarşı fəaliyyət göstərməyəcəyi halda İslamabadın özünü qorumaq üçün beynəlxalq qanunlara uyğun tədbirlər görəcək: “Bu ölkənin özünü qorumaq üçün hərəkətə keçmək hüququ var".

Nazir müavini əlavə edib ki, əvvəlki hakimiyyətin süqutundan sonra Əfqanıstanda terror aktları daha tez-tez baş verir. Hətta qanuni viza ilə Pakistana daxil olanlar da bəzi hücumlarda iştirak ediblər.

Qeyd edək ki, bu yaxınlarda Pakistanın Hayber-Puştun əyalətinin Bacaur rayonunda 50-dən çox insanın ölümü və 200-dən çox insanın yaralanması ilə nəticələnən terror hücumu olub. Bu hadisənin məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam