Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Ceyhun Bayramov Tacikistanın yeni səfirini qəbul edib-FOTOLAR

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Tacikistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzodanı qəbul edib.

Yenixeber.org:  Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfir Abdurahmon İlham Barotzoda etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Ceyhun Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində qarşılıqlı hörmət, dostluq və həmrəyliyə əsaslanan münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv təmasların rolu vurğulanıb.

Səfir Abdurahmon İlham Barotzoda, səmimi qəbula və təbrikə görə nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələn səyləri əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maral doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam