Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəfə alıb

SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün səhər saatlarında ABŞ ordusunun İranın Bəndər-Abbas hava limanının yaxınlığına hücumundan sonra ABŞ-a məxsus hava bazası hədəf alınıb.

Yenixeberorg.com: Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hücumun edildiyi hərbi baza atəşə tutulub.

Qeyd edilib ki, bu cavab ABŞ-a ciddi xəbərdarlıqdır və təcavüzün cavabsız qalmayacağını göstərir.

Bildirilib ki, hücum təkrarlanarsa, İranın cavabı daha qəti olacaq.

SEPAH vurğulayıb ki, bütün məsuliyyət ABŞ-ın üzərindədir.

"Tasnim” agentliyi isə hərbi mənbəyə istinadən bir neçə saat əvvəl ABŞ-a məxsus bir tankerin Hörmüz boğazından radar sistemini söndürərək keçməyə cəhd etdiyini, lakin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin sürətli və qəti müdaxiləsi və atəşi nəticəsində dayanaraq geriyə qayıtmağa məcbur olduğu haqda məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ ordusu Bəndər-Abbas ətrafındakı boş sahəyə atəş açıb və eşidilən partlayış səsləri həmin hadisə ilə bağlı olub. Bildirilib ki, atəş nəticəsində insan tələfatı və maddi ziyan qeydə alınmayıb.

“Tasnim” əlavə edib ki, hərbi mənbələrdən əldə olunan məlumatlara görə, bu gün səhər Bəndər-Abbasda baş verən hadisələr zamanı dörd gəminin Hörmüz boğazından icazəsiz keçməyə cəhd etdiyi, lakin İranın Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıq atəşindən sonra dayanaraq geri qayıtdığı müəyyən olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam