Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

KİV:"Ukrayna ordusu əks-hücumun ikinci dalğasına hazırlaşır"

Ukrayna ordusu əks-hücumun ikinci dalğasına hazırlaşır.

Yenixeber.org: Bunu Almaniyanın “Bild” qəzeti yazıb.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Aspene şəhərində təhlükəsizlik məsələləri üzrə forumdakı çıxışında Ukrayna Silahlı Qüvvələrinin kifayət qədər ehtiyatla hücuma keçdiyini etiraf edib: “Ancaq indi əks-hücumların sürətinin arta biləcəyi an yaxınlaşır”.

ABŞ dövlət katibi Antoni Blinken də bu yaxınlarda oxşar bəyanatla çıxış edərək, Ukrayna ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışmağın tez olduğunu vurğulamışdı.

Bu günlərdə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Sergey Baranov bildirib ki, Rusiya ordusunun itkilərinin təxminən 90 faizi Ukraynanın raket və artilleriya bölmələrinin payına düşür. O, yaradılan zərbə qruplarını Qərbin uzaqmənzilli silahlarını "odlu yumruq" adlandırıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri hesab ediblər ki, bu hücumlar Rusiya qoşunlarını uğurla məhv edir, ukraynalılar yeni hücuma hazırlaşır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam