Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Kreml:“Putinlə Ərdoğan arasında təmaslar hələ planlaşdırılmayıb”

“Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hələ təmas qurmağı planlaşdırmır”.

Yenixeber.org: Bunu Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov iyulun 24-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Putin və Ərdoğan arasında təmaslar hələ planlaşdırılmayıb, lakin istisna da etmək olmaz.

Qeyd edək ki, R.T.Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə 2023-cü il iyulun 18-də fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya Prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) "Taxıl sazişi"ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam