Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Ceyhun Bayramov Lavrovla danışıqlar apardı - YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı barədə məlumat yayıb.

Yenixeber.org: Qurumdan bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli münasibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətinliklər müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17:06

İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

C.Bayramov və S.Lavrov əlavə təmaslar barədə razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam