Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

“Azərişıq” ASC Yevlaxda yenidənqurma işləri aparır -VİDEO

 

Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişıq” ASC bölgələrdə yenidənqurma işlərini davam etdirir.
Yenixeber.org: Yevlax rayonunun Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndləri də elektrik şəbəkəsi yenilənən ərazilər sırasındadır. 
Adı çəkilən kəndlərə elektrik enerjisi Yevlax Elektrik Şəbəkəsinin balansında olan 110/35/10 kv-luq Yevlax yarımstansiyasından çıxan hava xətti vasitəsi ilə verilir. 1960-cı illərdə çəkilmiş bu xətlərin 4 km-ə yaxın hissəsi meşə zolağından keçirdi. Kəskin hava şəraitində qəzaların qaçılmaz olması ilə yanaşı meşə ərazisindən keçdiyi üçün təmiri də vaxt aparırdı.
Hazırda kəndlərə gedən 10 kv-luq hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir. 
Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Köhnə 0.4 kv-luq xətlər yeni izolyasiyalı kabellərlə əvəzlənir. Həmçinin müasir tipli transformator quraşdırılır və abonenlərin sayğacları yenilənir. 
Yenidənqurma işləri yekunlaşdıqdan sonra Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərində yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjsi ilə təmin olunacaq. 
Qeyd edək ki, "Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam