Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Elm adamlarından 2025-ci illə bağlı qorxunc XƏBƏRDARLIQ

Mütəxəssislərin fikrincə, tezliklə Yer kürəsini vuracaq güclü günəş qasırğası “internet qiyaməti”nə səbəb ola bilər.

Yenixeber.org:  2025-ci ildə günəşin maksimum fazası zenitinə çatacaq. Bu səbəbdən alimlər, xüsusilə 2025-ci ildə şiddətli partlayışların Yerə təsir edəcəyini proqnozlaşdırırlar.

Mütəxəssislərin fikrincə, 2025-ci ildə Yer kürəsini güclü günəş fırtınası vuracaq və bu "internet qiyaməti"nə səbəb olacaq.

Bu, bütün dünyada kompüterlərdə ciddi nasazlıqlara və hətta elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər. 1755-ci ildə qeydlər başlayandan bəri dövrə 25 dəfə dəyişsə də, son dövrənin çox daha şiddətli olacağı təxmin edilir.

Qeyd edək ki, Günəş partlayışlarına Günəşdə baş verən şiddətli püskürmələr deyilir. Bu partlayışlar milyardlarla meqaton gücündədir və adətən 1 milyon km/saat sürətlə hərəkət edir.

Nəticədə nəhəng enerji buraxan günəş partlayışları səbəbindən kiçik dalğa uzunluqlu radiasiya hissəcikləri Yer atmosferinə daxil olur. Bu püskürmələr nəticəsində yer üzündəki GPS və internet kimi rabitə şəbəkələri mənfi təsirlənir.

Günəşdəki partlayış və ləkələrin minimum səviyyəyə endiyi dövrlərə “günəş minimumu”, ləkələrin artdığı və partlayışların tez-tez baş verdiyi dövrlərə isə “günəş maksimumu” deyilir. Günəş hər 11 ildən bir bu fazalar arasında dəyişir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam