Qonşu ölkədə daha 117 nəfər koronavirusun qurbanı oldu

Son 24 saat ərzində İranda daha 2 152 nəfərin virusa yoluxduğu aşkar edilib, 117 nəfər həyatını itirib.
Yenixeber.org: Məlumatı İranın Səhiyyə Nazirliyi yayıb.
Qeyd olunur ki, bununla da ümumilikdə yoluxanların sayı 388 min 810 nəfərə, ölənlərin sayı isə 22 min 410-a çatıb.
İndiyədək müalicə alan 335 min 572 nəfər sağalıb.
Hazırda 3 733 pasiyentin vəziyyətinin ağır olduğu bildirilir.










AZ
RU