Redaktor seçimi
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
Günün xəbəri

Baydenin Ukrayana ilə bağlı daha bir istəyi

Konqresin bu qərarını dayandıra bilmərəm - Bayden
ABŞ prezidenti Cozef Bayden Konqresdən Ukraynaya 2025-ci ilin əvvəlinə qədər ən böyük hərbi və humanitar yardım paketini tələb etmək niyyətindədir.

Yenixeber.org: Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hərbi yardımın həcmi 100 milyard ABŞ dollarına çata bilər. Nəşr bildirib ki, Demokratlar 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər Respublikaçılar Partiyası ilə yeni mübahisələrdən qaçmağa çalışır.

“Böyük paket konsepsiyası administrasiyanın bir çox üzvləri tərəfindən güclü şəkildə dəstəklənir. Ukrayna tərəfdarları bunun birdəfəlik qanun layihəsi olmasını istəyirlər ki, bu, seçkilərdən sonra məsələnin həllinə imkan verəcək”-, məlumatda vurğulanıb.

Bayden administrasiyasının rəsmisi, istefa verən respublikaçı Kevin Makkartinin yerinə yeni Nümayəndələr Palatasının spikeri seçilənə qədər hərbi yardımın məbləğinin nə qədər olacağı ilə bağlı heç bir qərar verilməyəcəyini söyləyib.

Nəşrin yazdığına görə, qanun layihəsi Nümayəndələr Palatasının üzvlərinin və senatorların əksəriyyəti tərəfindən təsdiqlənmək üçün yaxşı şansa malikdir.

Konqres bu günə kimi Ukraynaya ümumi məbləği 113 milyard dollar olan 4 yardım paketini artıq təsdiqləyib.Eyni zamanda, Kiyevə verilən maliyyə dəstəyinin saxlanılması ABŞ əhalisi arasında getdikcə mübahisəli məsələyə çevrilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam