Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

TƏCİLİ! "Sərhəd yaxınlığında qoşunlar toplanır, qərar Ankarada veriləcək"

Azərbaycan Ermənistan və Qarabağ separatçılarına (mətndə onlara uydurma bir ad qoyulub-red.) qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazır olduğunu nümayiş etdirir.

Yenixeber.org: Erməni mediası xəbər verir ki, bunu yerli türkoloq Ruben Safrastyan deyib.

“Sərhəd yaxınlığında qoşunların toplanması, yeni silahların çatdırılması ilə bağlı xəbərlər, istehkamların qurulması - bütün bunlar genişmiqyaslı hərbi əməliyyatlara hazırlıqdan xəbər verir. Bunun sadəcə hərbi əməliyyata hazırlığın nümayişi, yoxsa real niyyət olması başqa məsələdir. Biz Ermənistan və Qarabağdakı separatçılara (red.) qarşı genişmiqyaslı hərbi təcavüzün mümkünlüyünü istisna edə bilmərik”, - deyə Safrastyan yerli “Factor” kanalının efirində bildirib. Onun sözlərinə görə, bununla bağlı əsas siyasi qərar Ankarada veriləcək.

Safrastyanın fikrincə, Ermənistana qarşı yeni müharibə başlayacağı təqdirdə Türkiyənin iştirakı 2020-ci il müharibəsində olduğundan daha geniş və daha açıq olacaq.

“Bunu Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən hərbi sahədə inteqrasiyanın dərinləşməsi sübut edir. Bu inteqrasiya artıq öz bəhrəsini verir, vahid hava idarəetmə sistemi konsepsiyası fəaliyyətə başlayır. Əslində, bununla Türkiyə Silahlı Qüvvələri Azərbaycanın hava məkanını qorumaq məsuliyyətini öz üzərinə götürür ki, bu da çox dərin inteqrasiya səviyyəsini göstərir”, - deyə erməni ekspert qeyd edib.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam