Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Türkiyədə erməni müğənninin konserti -ləğv olunub

Türkiyədə erməni müğənninin konserti ləğv olunub
Türkiyənin Eskişehir şəhərində erməni əsilli müğənni Levon Toposyanın iyulun 24-də "Mühtəlif" restoranının səhnəsində konsert verməsinin qarşısı alınıb.
Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Eskişehir Azərbaycanlıları Dərnəyinin sədri Cavid Aydın bildirib ki, iyulun 24-də şəhərin lüks restoranlarından birində erməni əsilli müğənni Levon Toposyanın çıxış edəcəyi xəbərini alan kimi sözügedən əyləncə məkanının rəhbərliyi ilə danışıqlar aparılıb.

Restoran rəhbərliyinə təqdim olunan rəsmi müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində xaincəsinə hərbi təxribatlar törətdiyi, nəticədə başda general-mayor Polad Həşimov olmaqla 12 azərbaycanlı hərbçinin şəhid olduğu, Eskişehir və Türkiyənin digər şəhərləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrində ermənilərin təcavüzkar siyasətinə etiraz aksiyalarının keçirildiyi və bütün bu hadisələrin dünya ictimaiyyətinin nəzərinə çatdırıldığı, erməni barbarların ABŞ-ın Los-Anceles, Belçikanın Brüssel, Fransanın Paris şəhərlərində dinc aksiyalar keçirən, Rusiyada isə ticarətlə məşğul olan azərbaycanlılara hücum etdikləri və müxtəlif dərəcəli xəsarət yetirdikləri barədə ətraflı məlumat verilib. Bundan sonra 24 iyul konserti və erməni əsilli müğənni ilə bağlanması planlaşdırılan uzun müddətli müqavilə ləğv olunub.

Eskişehir Azərbaycanlıları Dərnəyi həmvətənlərimizin adından bu təqdirəlayiq addıma görə restoran rəhbərliyinə təşəkkürünü bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam