Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Azərbaycan -Nigerə 100 min ABŞ dolları yardım etdi

Afrikanın Sahel regionunda gərgin sosial-iqtisadi vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərə etdiyi müraciətə cavab olaraq, İƏT-in Nigerdəki humanitar və inkişaf idarəsinin İƏT Regional Ofisə çevrilməsinə dəstəyin verilməsi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Nazirlər Kabineti tərəfindən bu təşkilata 100 min ABŞ dolları həcmində yardım edilib.

Yenixeber.org: Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İƏT-in sözügedən idarəsinin Regional ofisə çevrilməsi ilə əlaqədar qərar 1-2 mart 2019-cu il tarixlərində Əbu-Dabidə keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası və ötən ilin 31 may tarixində Məkkədə keçirilmiş İƏT-in Dövlət və Hökumət başçılarının 14-cü Sammitində qəbul olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam