Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Kılıçdaroğlu yenidən CHP-nin sədri oldu

Kılıçdaroğlu CHP sədrliyinə qaytarıldı

Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirilmiş qurultayını ləğv edib.

Yenixeberorg.com NTV telekanalına istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən, Özgür Özel CHP sədri vəzifəsindən uzaqlaşdırılıb, partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlu isə müvəqqəti olaraq yenidən sədr postuna qaytarılıb.

Ankara Bölgə Ədliyyə Məhkəməsi 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş CHP-nin 38-ci qurultayının hüquqi baxımdan etibarsız olduğu qənaətinə gəlib və qurultayda qəbul edilən qərarların ləğvini təsdiqləyib.

Qərara əsasən, Özgür Özel, həmçinin Mərkəzi İcraiyyə Şurası və Yüksək İntizam Şurasının üzvləri vəzifələrindən uzaqlaşdırılıblar.

Bununla yanaşı, Kamal Kılıçdaroğlunun, əvvəlki partiya məclisinin və Yüksək İntizam Şurası üzvlərinin ehtiyat tədbiri kimi partiya idarəçiliyini müvəqqəti olaraq təhvil alması qərara alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam