Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

MSK bu məntəqələrin nəticəsini də etibarsız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 9 saylı Binəqədi ikinci seçki dairəsindən Elşad Musayev və digər namizədlərin müraciətinə baxılıb.

Yenixeber.org: Bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib: “Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayının az olmasına baxmayaraq, sayın komissiya üzvləri tərəfindən süni şəkildə artırıldığı, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-nın araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən faktlar öz təsdiqini tapmayıb. Ona görə də DSK-nın qərarının qüvvədə saxlanılmasını təklif edirəm”.

Q.Orucov bildirib ki, sosial şəbəkələr vasitəsilə yayılan görüntülərdə 31 və 35 saylı seçki məntəqələrində mübahisələndirilən məsələlər öz təsdiqini tapdığından bu məntəqələrdə seçkilərin nəticəsi etibarsız sayılmalıdır. Məhz bu səbəbdən həmin seçki məntəqələrinin nəticələri etibarsız hesab edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam