Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

KTN-nin Kürdəmir "sərgüzəştləri" -Fermerlərin subsidiyalarının kəsilməsinin arxasında kim (lər) var?


Kürdəmir rayonunun Muradxan kəndində fəaliyyət göstərən yerli fermerlər ciddi haqsızlıqla və məmur özbaşınalığı ilə üzləşdiklərini bildirirlər. Kənd sakinləri əziyyət çəkib əkin əkdikləri halda, dövlət tərəfindən ayrılan torpaq subsidiyalarının əsassız olaraq kəsilməsi təhlükəsi ilə qarşı-qarşıya qalıblar.

Yenixeberorg.com: ​Şikayətçinin sözlərinə görə, Muradxan kəndinin icra nümayəndəsi onlara torpaq subsidiyasının kəsiləcəyi barədə xəbərdarlıq edib. Bundan sonra sənədlərini götürərək Kənd Təsərrüfatı İdarəsinə yollanan fermerlər orada acınacaqlı mənzərə ilə rastlaşıblar. Məlum olub ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsində çalışan məsul şəxs Elçin Zeynalov əraziyə gəlib heç bir əyani yoxlama aparmayıb. Subsidiyaların dayandırılması üçün tamamilə təsadüfi qaydada insanlar seçilib və fermerlərin haqqı əllərindən alınmağa çalışılıb.

​"Aprelin 29-da biz idarədə olduğumuz müddətdə, Elçin Zeynalov kabinetində otura-otura, heç bir sahəyə gəlib baxmadan sənədləşmə apardı və bizim üçün 'sıfır əkin' yazdı" — deyə zərərçəkmiş fermer bildirir.

​Fermerlərin aidiyyəti qurumlara şikayət edəcəklərini bildirdikdə isə idarədə onlara qəribə bir bəhanə gətirilib. Onun qazi olduğu və bu səbəbdən Elçin Zeynalova heç nə deyə bilmədikləri iddia olunub. Lakin şikayətçilər haqlı olaraq vurğulayırlar ki, kimliyindən asılı olmayaraq heç kimin fermerin əziyyətini yerə vurmağa və qanunsuz addımlar atmağa ixtiyarı yoxdur.

​Məsələ ilə bağlı redaksiyamıza daxil olan ən dəhşətli məqam isə Elçin Zeynalovun öz mövqeyindən sui-istifadə etməsi barədə səslənən iddialardır. Sakinlərin iddialarına görə, Elçin Zeynalov açıq şəkildə yuxarı dairələrdə, yüksək mövqedə çalışan bir məmurun adamı olduğunu qeyd edir. O, bu arxayınlığa söykənərək bildirir ki, dövlətdən subsidiya alan şəxslər ona mütləq şəkildə "pay" (pul) verməlidirlər. Pul verməyən fermerlərin isə subsidiyaları müxtəlif bəhanələrlə kəsilir və ya tamamilə sıfırlanır.

​Ölkə rəhbərliyi tərəfindən yerli istehsalın artırılması və fermerlərə şərait yaradılması, onların incidilməməsi barədə kəsərli tapşırıqlar verildiyi halda, Kürdəmirdəki bu mənzərə ciddi suallar doğurur. Sakinlər sahədə faktiki olaraq taxıl və yonca əkdiklərini, böyük əziyyət çəkdiklərini qeyd edirlər.
​Fermerlər Elçin Zeynalovun bu hərəkətlərinin arxasında həm şəxsi prinsiplərin, həm də açıq rüşvət tələbinin dayandığını vurğulayırlar.

​Muradxan kəndinin zərərçəkmiş sakinləri sahələrinin tam açıq olduğunu, hər an gəlib əyani yoxlama aparıla biləcəyini bəyan edirlər. Onlar bu əsassız qərara və rüşvət iddialarına qarşı sonadək öz hüquqlarını müdafiə edəcəklərini bildirərək, Kənd Təsərrüfatı Nazirliyindən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən və yuxarı instansiyalardan təcili tədbir görülməsini, bu haqsızlığın aradan qaldırılmasını xahiş edirlər.

"DİA-AZ"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam