Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Oqtay Gülalıyevdən yaxşı xəbər var- FOTO

 

Hüquq müdafiəçisi Oqtay Gülalıyevdə hidrosefalinin (baş beyinə maye yığılması) aradan qaldırılması üçün aparılan əməliyyatdan sonra onun vəziyyəti gündən-günə yaxşılaşır.

Yenixeber.org: Bu barədə Turan informasiya agentliyi məlumat yayıb.

Xatırladılır ki, əməliyyatı yanvarın 10-da İstanbuldakı “Amerika” hospitalında O.Gülalıyevi müalicə edən həkim Mehdi Sasani aparıb.

Yanvarın 29-da agentliyin direktoru Mehman Əliyev O.Gülalıyevə baş çəkib. O, verdiyi açıqlamasında deyib: “Mən palataya daxil olanda və Oqtayın xanımı deyəndə ki, Mehman gəlib, yataqda yastıqlara söykənib oturan Oqtay gözlərini açdı, emosiyanın təzahürü hiss olunurdu”.

“Mən onun yanında oturdum, əlindən tutdum və onunla fərqli şeylər haqda danışmağa başladım. Arada zarafatlar edirdim. “Məni eşidirsən?” deyə soruşanda, o, gözlərini açıb yumdu, sol əlini hərəkət etdirdi”, - M.Əliyev davam edib.

O qeyd edib ki, Oqtay gözlərini demək olar ki, iki saat açıq saxlayıb, baxmayaraq ki, bir ay əvvəl gözlərini açmaq bir irəliləyiş hesab olunurdu.

M.Əliyev qeyd edib ki, o, O.Gülalıyevin həkimi ilə də danışıb: “Assistentləri ilə birlikdə Oqtayı ziyarətə gələn doktor Sasani onun vəziyyətinin yaxşılaşması dinamikasından məmnun idi”.

Xatırladaq ki, Oqtay Gülalıyev ötən il oktyabrın 29-da svetoforun yaşıl işığında yolu keçərkən avtomobillə vurulub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb...

Noyabrın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə hüquq müdafiəçisi müalicə üçün Türkiyəyə göndərilib. Müalicənin maliyyələşdirilməsini Fond öz üzərinə götürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam