Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Xameneidən AÇIQLAMA...

Xamenei yeni mesaj yaydı

İranın ali lideri Müctəba Xamenei parlamentin 12-ci çağırış parlamentin üçüncü fəaliyyət ilinin başlanması münasibətilə mesaj yayıb.

Yenixeberorg.com: Mesajda o, deputatların və xüsusilə parlament sədri Məhəmməd Baqir Qalibafın ölkənin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Xamenei milli birliyin qorunmasının vacibliyini vurğulayaraq ixtilafların qarşıdurmaya çevrilməməsi və parlamentin əsas diqqətini ölkənin əsas problemlərinə yönəltməsinin gərəkli olduğunu bildirib.

O, xüsusilə iqtisadiyyat, yaşayış şəraiti, inflyasiyanın nəzarətdə saxlanılması, istehsalın inkişafı və cəmiyyətdə ümid yaradılması məsələlərini ön plana çəkib.

Mesajda deputatların xalqın etimadını təmsil etməsi, cəmiyyətlə sıx əlaqədə olması, korrupsiya ilə mübarizə aparması və milli maraqları üstün tutması kimi məsələlər vurğulanıb.

M.Xamenei həmçinin xarici təzyiqlər və iqtisadi çətinliklər fonunda milli birliyi qorumağın vacibliyini qeyd edərək, düşmənlərin məqsədinin cəmiyyətdə parçalanma yaratmaq olduğunu bildirib və vəhdətin pozulmamasına çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam