Rusiya səfiri XİN-ə çağırıldı -SƏBƏB

Almaniyanın hökuməti Rusiyanın ölkədəki səfirini xarici işlər nazirliyinə çağırıb.
Yenixeberorg.com: Bu barədə xarici media xəbər yayıb.
Bunda səbəb Rusiyanın Xarici İşlər Nazirliyinin Kiyevdəki xarici səfirliklərin təxliyə edilməsi çağırışı olub.
“Bu gün biz Rusiyanın səfirini nazirliyə çağırdıq. Rusiya tərəfinə açıq şəkildə bildirdik ki, bizi təhdidlərlə qorxutmaq mümkün deyil və biz Ukraynaya qətiyyətli dəstəyimizi davam etdirəcəyik”, - deyə Almaniya XİN-in rəsmi "X" səhifəsində dərc olunan bəyanatda deyilir.










AZ
RU