Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

VHP parlament seçkilərinə belə hazırlaşır -RƏSMİ AÇIQLAMA

Vətəndaş Həmrəyliyi Partiyası mümkün erkən parlament seçkilərinin elan ediləcəyi halda yerli təşkilatlarla məsləhətləşmələr apararaq 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib
Yenixeber.org: Bu haqda VHP rəsmisi Samir Əsədli özünün FB səhifəsində yazıb:
"Xeyli müddətdir ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı müzakirələr gedir. Bunu şərtləndirən başlıca amil kimi isə suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyi göstərilir. Konstitusiyada görə seçki noyabr ayında keçirilməlidir. Payızda ölkədə COP29 kimi böyük miqyaslı tədbirin və dekabrda isə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq erkən parlament seçkilərinin qaçılmaz olduğunu düşünə bilərik. Bu kontekstdə hər hansı rəsmi açıqlama verilməyib, amma situasiyaya uyğun olaraq partiyaların start vəziyyətində olması vacibdir.
Bu baxımdan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatı mümkün erkən parlament seçkilərinin elan ediləcəyi halda yerli təşkilatlarla məsləhətləşmələr apararaq 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib. Həmçinin ilkin olaraq 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısı da hazırlanıb. Hazırda bölgə təşkilatları ilə digər dairələr üzrə nanizədlərin müəyyən edilməsi üçün iş aparılır. Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur. Əsasən qadın namizədlər, xüsusən gənclərin namizədlikləri üzərində əsas iş aparılır. Eyni zamanda seçici imzalarının yığılması üçün dairələr üzrə işçi qruplar müəyyən edilir. Bir sıra texniki işlər yekunlaşdırılıb və erkən parlament seçkiləri elan ediləcəyi halda müvafiq hesabat Siyasi Şuraya təqdim ediləcək. Bütün hallarda qərarı VHP Siyasi Şurası verəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam