Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Erməni deputat rəsmi Bakıya haqq qazandırdı: “Öz torpağını istəyir də...”

 

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan 24TV-də Qazaxın işğal altında olan kəndlərindən danışıb.

Yenixeber.org-un məlumatına görə, Melkonyan baş nazir Nikol Paşinyanın “kəndləri qaytarmasaq, müharibə olacaq” ifadəsinə haqq qazandırıb. O, Paşinyanın Tavuşun erməni əhalisini müharibə ilə qorxutması barədə iddiaları rədd edib:

"Qorxutmaq nədir? Əgər həqiqət deyilibsə, bu qorxutmaqdırmı? Azərbaycan bütün dünyada deyir ki, mənim torpaqlarımı alıblar, verməsələr, zorla geri alacam”, - Melkonyan bildirib.

Jurnalistin “bəs sabah Azərbaycan İrəvan və Sevana da iddia edib, “mənim torpağımdır” deyərəsə” sualına deputat belə cavab verib:

“İrəvan və Sevan Ermənistanın ərazisidir, Azərbaycan İrəvanı və Sevanı istəmir, öz torpağını istəyir”, - deyə Qaqik Melkonyan rəsmi Bakının Qazaxın işğal altındakı kəndlərinin boşaldılması tələbinə haqq qazandırıb.

Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var:  Qazaxın eksklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kənd, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi.
Rəsmi Bakı Ermənistandan bu kəndləri təhvil verməyi tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam