Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Azərbaycanda taksilər üçün ən populyar maşınlar -REYTİNQ

 

Martın 22-si Beynəlxalq Taksi Sürücüləri Günü qeyd olunur.

Yenixeber.org: Bayramın tarixi 1907-ci il martın 22-nə təsadüf edir. Belə ki, məhz həmin gün Böyük Britaniyada yola taksometr quraşdırılmış ilk maşın çıxıb. Elə bu səbəbdən də həmin tarix taksi sürücüsü işinin başlanğıcı kimi qeyd olunub.

“Maxim” taksi xidməti bu bayram münasibəti ilə sürücülərin hansı markalara üstünlük verdiyini analiz edib və ən populyar maşınların reytinqini hazırlayıb.  

Məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən sürücülər kompakt avtomobillərə üstünlük verirlər. Odur ki, liderlik zirvəsinə Opel Astra və Toyota Prius yüksəlib. “Maxim” sifariş xidmətindən faydalanan sürücülər arasında həmin maşınların payı, demək olar ki, bərabərdir – rəqəmlər müvafiq olaraq 12,6% və 12,3%-dir. 

Taksi sürücülərinin ən sevimli avtomobillərinin arasında üç Premium sedan var: Mercedes C-class, Mercedes E-class və Mercedes-Benz 220. Sürücülərin 10%-i lüks avtomobilə üstünlük verir. 

Populyar avtomobillərin tam reytinqi bu cürdür:
 
Opel Astra – 13%

Toyota Prius – 12%

Mercedes C-class –  5%

KIA Rio – 4%

Mercedes E-class – 3%

Toyota Corolla – 3%

KIA Ceed – 2%

Mercedes-Benz 220 – 2%

Chevrolet Cruze – 2%


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam