Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Nazarbayevin qardaşı oğluna hökm oxundu

 

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) sədrinin keçmiş birinci müavini, eks-prezident Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abış vəzifə səlahiyyətlərini aşdığına görə məhkəmə tərəfindən 8 il şərti azadlıqdan məhrum edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə dövlət agentliyi məlumat yayıb

"Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavini Samat Abış 2022-ci ilin yanvarında Qazaxıstanda baş vermiş iğtişaşlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 8 il şərti cəza alıb. Məhkəmənin qapalı keçirildiyi də məlumdur", - məlumatda bildirilib.

S.Abış ölkənin eks-prezidenti Nazarbayevin qardaşı oğludur. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Akademiyasını və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin Akademiyasını bitirib. 2013-cü ilin martından 2015-ci ilin dekabrına qədər Milli Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2015-ci ildən komitə sədrinin birinci müavini olub.

2022-ci il yanvarın 8-də MTK keçmiş komitə sədri Kərim Məsimovun dövlətə xəyanətdə şübhəli bilinərək həbs edildiyini elan edib. Məsimovla yanaşı, Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri Anuar Sadıkulov və Daulet Erqojin də saxlanılıb. Eyni zamanda, S.Abış Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib, müvafiq sərəncamı respublika prezidenti Qasım-Jomart Tokayev imzalayıb.(Kazinform)

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb - ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən respublikanın köhnə paytaxtı və ən böyük şəhəri Alma-Ataya yayılıb: orada qarətlər başlayıb, silahlılar dövlət qurumlarına hücum edib, silahları götürüblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatına başlayıb. Ölkənin Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 230 nəfər, o cümlədən 19 təhlükəsizlik işçisi həlak olub.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam