Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Müttəfiqlər Ukraynaya verilən mərmi və raketləri -ARTIRIR

 

Ukraynaya artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri üçün daha çox raket veriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov öz Facebook səhifəsində Kiyevə dəstək üzrə təmas qrupunun görüşünün nəticələrinə istinadən bildirib.

O qeyd edib ki, Almaniyadakı Amerikan Ramşteyn aviabazasında keçirilən görüşün əsas mövzusu sursat olub. Nazirin sözlərinə görə, tərəfdaşlar Kiyevə 155 mm, 152 mm və 105 mm-lik artilleriya mərmilərindən ibarət hərbi yardım paketləri göndərəcəklər.

“Bizim hava hücumundan müdafiə sistemlərimiz üçün daha çox raket olacaq”, - o yazıb. Hərbi idarə rəisi onu da qeyd edib ki, daha bir neçə dövlət “pilotsuz uçuş aparatları koalisiyasına” qoşulub və töhfə verib. Mart ayında Ukraynaya pilotsuz uçuş aparatlarının ilk partiyasının göndərilməsi gözlənilir.

Bundan əlavə, o bildirib ki, F-16 qırıcıları da Ukrayna səmasını bağlamağa kömək etməlidir. O əlavə edib ki, Kiyev bu təyyarələrin mümkün qədər tez Ukraynaya çatmasını təmin etmək üçün bütün tərəfdaşlarla - ABŞ, Danimarka, Belçika, Hollandiya, Rumıniya və digərləri ilə fəal işləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam