Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Ukrayna Rusiyanın strateji obyektlərinə kütləvi hücum edib, qurbanlar var -YENİLƏNDİ

 

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatı (PUA) ilə Rusiyanın Rostov vilayətinə hücum edib.

Yenixeber.org: Bu barədə vilayət qubernatoru Vasili Qolubev məlumat verib.

Onun sözlərinə görə, zərbə PUA-sı Novoşaxtinski Neft Emalı Zavodunun ərazisinə düşüb.

Zavodun fəaliyyəti dayandırılıb.

          ***

Ukrayna Silahlı Qüvvələri son sutkada pilotsuz uçuş aparatları ilə Rusiyanın 3 neft emalı zavodunu vurub.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, Ryazan, Nijni Novqorod və Leninqrad vilayətlərindəki zavodlara hücum olunub.

Hücumları Ukrayna təhlükəsizlik xidmətinin təşkil etdiyi vurğulanıb.

Məlumata görə, həmçinin Rusiya Hərbi Hava Qüvvələrinin hərbi bazalarından biri və Voronejdəki hərbi aerodromuna da hücum olub.

       ***

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyann Ryazan vilayətindəki neft emalı zavodunu vurub.

Bu barədə vilayətin qubernatoru Pavel Malkov məlumat verib.

Qeyd olunub ki, hücumdan sonra zavodda yanğın başlayıb.

“İlkin məlumata görə, qurban var”, - qubernator bildirib.

Bundan başqa, Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Voronej vilayətinə də 30 PUA ilə hücum ediblər. Qurbernator Aleksandr Qusev bildirib ki, infrastruktura və mənzillərə cüzi ziyan dəyib, itki yoxdur.

Həmçinin, son sutkada Ukrayna PUA-larla Rusiyanın Leninqrad vilayətindəki neft emalı zavoduna da hücum cəhdi edib.

Qubernator Aleksandr Drozdenkonun sözlərinə görə, xəsarət alan və dağıntı olmayıb. Bundan başqa, Bryansk və Kursk vilayətlərinə də hücum olub.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam