Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Bu dövlət müdafiə xərclərini artırır -5.4 milyard avro

                                Danimarka müdafiə xərclərini artırır.

Yenixeber.org: Söhbət növbəti beş il ərzində 5,4 milyard avro məbləğində gedir.

Bunu NATO üzvü olan ölkənin silahlı qüvvələrini gücləndirmək planlarını təqdim edən baş nazir Mette Frederiksen deyib.

"Biz Danimarkada silahlanırıq, ona görə yox ki, müharibə, dağıntı və ya iztirab istəyirik. Biz indi müharibədən qaçmaq üçün silahlanırıq - beynəlxalq nizamın şübhə altına alındığı bir dünyada", - Frederiksen bildirib.

Sözügedən pul Danimarkanın növbəti 10 il ərzində müdafiəyə yatırdığı 20,8 milyard avroya əlavədir. Ölkə 1990-cı illərdə Soyuq Müharibə başa çatdıqdan sonra hərbi imkanlarını azaldıb və bu yaxınlarda milli müdafiə sistemində əhəmiyyətli zəifliklərin olduğunu etiraf edib.("Deutsche Welle")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam