Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Naxçıvanda zabitlərə tapşırıqlar verildi-VIDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində toplantı keçirilib.

Yenixeber.org xəbər verir ki, Zabitlərin nəzəri biliklərinin və praktiki vərdişlərinin təkmilləşdirilməsi, onların bölmələrin idarə olunmasında bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə keçirilən toplantıda əsas diqqət taktiki, kəşfiyyat, atəş, fiziki və sıra hazırlığından məşğələlərin planlaşdırılaraq keçirilməsinə yönəldilib.

Məşğələlərdə zabitlərlə müasir ümumqoşun döyüşündə yaranmış yeni tələblərin vacibliyi, idarəetmədə ola biləcək problemlər, pilotsuz uçuş aparatları və kiçik ölçülü kvadrokopterlərə qarşı mübarizədə nələrə diqqət yönəldilməlidir kimi suallar işlənilib.

Komandir hazırlığı toplantısına cəlb edilmiş zabit heyətinin fiziki və sıra hazırlığından praktiki bacarıqları yoxlanılıb, rəhbəredici sənədlər və topoqrafiyadan məqbullar qəbul edilib.

Yekunda toplantının təhlili aparılaraq zabitlərə tabelikdə olan heyətin döyüş hazırlığının və peşəkarlıq səviyyəsinin daha da artırılması, keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi barədə tapşırıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam