Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Rusiya ilə quru sərhədləri açılır? -AÇIQLAMA

Martın 7-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikovun Azərbaycana işgüzar səfəri çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüş keçirilib. 

Yenixeber.org: Tərəflər iki ölkənin turoperatorları arasında daha sıx əlaqə yaratmaq barədə razılığa gəliblər. Görüşdən sonra rus mətbuatında Azərbaycanın Rusiyayla quru sərhədlərini açacağı ilə bağlı məlumatlar paylaşılıb.

Bəs bu məlumat həqiqəti əks etdirir? 

Qurumun mətbuat katibi Gülnar Mustafayeva quru sərhədlərin açılması ilə əlaqədar razılaşmanın olmadığını söyləyib:

“Ötən həftə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov arasında görüş baş tutub. Görüşdə ikitərəfli turizm əlaqələrinin inkişafına töhfə verəcək bir sıra məsələlər - birbaşa uçuşlar, Moskvada Azərbaycanın turizm nümayəndəliyinin açılması, qış turizmi üzrə əməkdaşlıq, Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, investisiya imkanları, marketinq və tanıtım kampaniyaları, turizm sənayesi nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Müzakirə olunan məsələlər arasında quru sərhədlərinin açılması halında turizm əlaqələrinin intensivləşməsi də olub. Quru sərhədlərinin açılması haqda razılıq əldə olunması və ya müqavilə bağlanması isə Dövlət Turizm Agentliyinin səlahiyyətlərinə daxil deyil”.(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam