Ən çox qazanan idmançıların -SİYAHISI
Tarixin ən yüksək ödənişli idmançılarının siyahısı açıqlanıb.
Yenixeber.org: Cədvəldə idmançıların maaşları, bonuslar, mükafatlar, həmçinin idmanətrafı sahələrdən qazanclar nəzərə alınıb. İdmançıların karyeraları ərzində və ondan sonra qazandıqları məbləğə əsasən hazırlanan siyahıya Maykl Cordan başçılıq edir.
Basketbol əfsanəsi 3 milyard 750 milyon dollar qazanıb. İlk “onluq”da üç qolfçu, üç futbolçu, iki basketbolçu yer alıb. Tennis və boks siyahıya bir təmsilçisi ilə düşüb.
1. Maykl Cordan (basketbol) – 3,75 milyard dollar
2. Tayqer Vuds (qolf) – 2,66
3. Kriştiano Ronaldo (futbol) – 1,92
4. Arnold Palmer (qolf) – 1,75
5. Lebron Ceyms (basketbol) – 1,7
6-7. Cek Niklaus (qolf) – 1,67
Lionel Messi (futbol) – 1,67
8. Devid Bekhem (futbol) – 1,5
9. Rocer Federer (tennis) – 1,49
10. Floyd Meyvezer (boks) – 1,48 (Sportico)










AZ
RU