Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Qərb dövlətlərində müsəlmanlar ciddi problemlərlə üzləşirlər

Azərbaycanın islamofobiya ilə bağlı beynəlxaq konfranslara ev sahibliyi etməsi artıq ənənəyə çevrilib. Dinlərarası qardaşlıq mühitinin hökm sürdüyü Azərbaycan milli, mədəni, dini dəyərlərini də unutmur. Ölkəmiz multikulturalizm baxımından dünyada nümunəyə çevrilib. Burda yaşayan insanlar dinindən, irqindən asılı olmayaraq eyni hörməti görürlər.

Yenixeber.org xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə martın 8-də Bakıda işə başlayan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” mövzusunda plenar iclasda çıxışında deyib.

Azərbaycanın işğaldan azad olunan ərazilərində İslam dininə aid abidələrə qarşı törədilən vandalizmi xatırladan şeyxülislam qeyd edib ki, əsarətdən qurtulmuş məscidlər yenidən bərpa olunur: “Azərbaycanda bütün dinlərə məxsus ibadət məkanları qorunur. Çünki bizim dinimiz əmin-amanlıq dinidir və İslamdan təxribatlar üçün sui-istifadə olunması yolverilməz haldır. Təəssüf ki, Avropa İttifaqı və müxtəlif beynəlxalq qurumların bu halı pisləməsinə baxmayaraq, islamofobiya hələ də davan edir. Son dövrlər Avropanın daha çox ölkəsində islamofobiyanı müşahidə etmək mümkündür. Bəzi Qərb dövlətlərinin apardığı siyasət nəticəsində islamofobiya halları artıb. Müsəlmanlar həmin ölkələrdə ciddi problemlərlə üzləşirlər. Məhəmməd Peyğəmbərin karikaturalarının çəkilməsi, məscidlərə, ibadət ocaqlarına qarşı amansızlıq, müsəlmanların öz evlərindən didərgin düşməsi sözügedən problemlərə daxildir”.

Şeyxülislam Azərbaycanın hər zaman milli, dini qarşıdurmalara yol açan fikirlərlə mübarizədə fəallıq göstərdiyini vurğulayaraq deyib: “İslamofobiya beynəlxalq hüquq normalara riayət olunmamasının, ikili standartların davam etməsinin göstəricisidir. Dünya ictimaiyyəti milli, dini, irqi ayrı-seçkiliyə yox deməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam