Redaktor seçimi
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Günün xəbəri

Əliməmməd Nuriyev QHT-lərə müraciət etdi: dələduzlara inanmayın!

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Qeyri-Hökumət Təşkilatlarına muraciət edib.

Yenixeber.org: müraciətdə deyilir:

“Əziz QHT nümayəndələri, bilirəm ki, bu günlərdə hamınız QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə Qrant müsabiqəsinin nəticələrinin elan edilməsini gözləyirsiniz.

Agentlik tərəfindən QHT nümayəndələri ilə görüşlər zamanı, habelə rəsmilərin müsahibələrində səsləndirilmiş fikirlər, verilən məlumatlar, həyata keçirilmiş tədbirlər, eləcə də təkmil qaydalar deməyə əsas verir ki, layihələrin qiymətləndirilməsi tam obyektiv qərəzsiz və dürüstlük prinsipləri əsasında həyata keçirilib.

Amma müsabiqə nəticələrinin elanı ərəfəsində yenə dövriyəyə xoş olmayan niyyətdən qaynaqlanan fikirlər, şayiələr, obyektiv əsası olmayan iddialar buraxlır. Bəziləri inandırmağa çalışırlar ki, guya onların "əməyi" sayəsində ayrı-ayrı QHT-lər müsabiqənin qalibləri olacaq.

Hörmətli QHT nümayəndələri, birmənalı olaraq qeyd etmək istərdim ki, əsla və əsla belə "işbazlara", arabuluculara və nəhayət dələduzlara etibar etməməlisiniz. Heç bir halda bu böhtançıların, manipulyatorların tələsinə düşməməlisiniz.

Mənim analizim, açıq mənbələrdən məlumatların, aparılan işlərin, ortaya qoyulan yanaşmanın təhlili əsasında deyə bilərəm ki, obyektiv, ədalətli və şəffaf seçim olmasına şübhə etməyə heç bir əsas yoxdur.

Hörmətli QHT nümayəndələri, rica edirəm, əgər sizdən kimdənsə layihəsi müsabiqə qalibi olduguna görə hər hansı ödəniş və s. istənilərsə, məni bu baradə məlumatlandırın.

O, zaman bir daha əmin olacaqsınız ki, müsabiqə prosesi, şəffaf, ədalətli keçirilib və

bir daha bu proseslərə qara əllər uzanmayacaq.

Hər birinizə uğurlar arzu edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam