Ukrayna Belqorodı vurdu
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin Novopetrovka kəndinə hücum edib.
Yenixeber.org: Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
O, kəndin düşmənin hücumuna məruz qaldığını bildirib. Qubernator deyib ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparat avtomobilin üzərinə partlayıcı qurğu atıb.
İnsident nəticəsində Ukrayna hərbçilərinin hədəfə aldığı avtomobil zədələnib. Mülki şəxslər arasında xəsarət alan olmayıb.










AZ
RU
