Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Macarıstan Prezidentinin istefası -RƏSMİLƏŞDİ

 

Macarıstan parlamenti Prezident Katalin Novakın istefasını qəbul edib.

Yenixeber.org xəbər verir ki, qış fasiləsindən sonra ilk iclasında deputatlar dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər. 

Novak istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib. Parlamentin iclasında çıxış edən Baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib.

Onun yerinə Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyi irəli sürülüb. Bazar ertəsi onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək. Macarıstan Prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam