Əvəz Zeynallıya hökm oxundu
“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Yenixeber.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.










AZ
RU