Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Diasporda Xocalı soyrıqımı anılır... --FOTOLAR

 

Polşanın Krakov şəhərində yeni açılmış Azərbaycan Evində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə anım mərasimi təşkil olunub.

Yenixeber.org xəbər verir ki, anım mərasimində Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Xocalıda həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Xocalıda törədilmiş dəhşətli qətliamı əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib, soyqırımı qurbanlarının şəkilləri önünə qərənfillər düzülüb, şamlar yandırılıb.

Sərgidə iştirak edən polyaklara qətliam barədə ətraflı məlumat verilib, Xocalı soyqırımının Ermənistanın etnik təmizləmə siyasətinin bir parçası olduğu, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakinin qətlə yetirildiyi, 8 ailənin isə tamamilə məhv edildiyi bildirilib. Qeyd edək ki, hazırda dünyanın 16 ölkəsində 28 Azərbaycan Evi fəaliyyət göstərir və bu evlər Azərbaycan mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırıması məqsədilə keçirilən çoxsaylı tədbirlərə ev sahibliyi edir.

Şotlandiyanın Aberdin Universitetində təhsil alan tələbələrin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar aksiya keçirilib.

Aksiyanın məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması və dünyanın müxtəlif ölkələrindən olan tələbələrin məlumatlandırılması olub.

Soyqırımı qurbanlarının əziz xatirəsini anmaq məqsədilə tələbələrin sıx toplaşdığı məkanda - “Sir Duncan Rice” kitabxanasının qarşısında Xocalı həqiqətlərini əks etdirən stend qurulub. Cəmiyyətin rəhbəri İbrahim Xasiyev stendə yaxınlaşan tələbələrə XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Şotlandiyanın Aberdin Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti 2023-cü ildə universitetdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən yaradılıb. Bir il ərzində cəmiyyət universitetdə bir çox tədbirlər həyata keçirib. Azərbaycanın zəngin tarixini və mədəniyyətini dünyaya tanıtdırmaq məqsədilə keçirilən bu tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan tələbələr və müəllimlər iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam