Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

QMİ-dən Həccin 2660 manat bahalaşmasına cavab : Qiymətlərdə ciddi artım yoxdur!

 

Azərbaycanda Həcc ziyarətinin bahalaşmasının səbəbi açıqlanıb.

Yenuxeber.org-un məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, ölkəmizdə Həcc ziyarətinin qiymətində ciddi bahalaşma yoxdur.

O, qiymət artımının təxminən 100 ABŞ dolları civarında olduğunu söyləyib.

"Dünyada baş verən müharibələr və qlobal iqtisadi böhran fonunda hər yerdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığında da bahalaşmalar müşahidə olunur. Bu da Həcc ziyarətinin qiymətində cüzi bahalaşmaya səbəb olub", - Vüsal Cahangiri bildirib.

V.Cahangiri qeyd edib ki, dini qurum olaraq bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi normaldır. Onun fikrincə, təhlükəsizlik məqsədilə Həcc ziyarətini QMİ-nin təşkil etməsi daha yaxşıdır. Çünki, əks halda, bəzi xoşagəlməz hallar baş verir:

"Bəzi şəxslərin başqa qurumlar tərəfindən oralara getməsi, arzuolunmaz işlərlə məşğul olması problemlərə səbəb olur. Ona görə də bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi daha məqbuldur".

Qurum səlahiyyətlisi onu da bildirib ki, Həcc ziyarəti iyun ayında baş tutacaq: "Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb".

Qeyd edək ki, Modern.az-ın apardığı araşdırmaya görə, pendemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.("Sputnik")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam