İrandan İsrailə xəbərdarlıq: Nəticələri ağır olacaq...
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailə xəbərdarlıq edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Abdullahian X sosial şəbəkə hesabında bildirib.
"Hərbi əməliyyatların əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə gətirib çıxaracaq", - H.Abdullahian vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə İsrail Baş naziri Benyamin Netanyahu Müdafiə Nazirliyindən Qəzza zolağının cənubundakı Rəfahdan əhalinin təxliyə planının təqdim edilməsini istəyib.










AZ
RU