Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Yeni silahları bu ölkələrdən alırıq -Xaçatryan

Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər dövlətlərlə əməkdaşlıq edir və silahların alınması ilə bağlı çox ciddi razılaşmaları var.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının deputatı Armen Xaçatryan deyib.

“Biz ultra-müasir sayıla bilən, ən azı dördüncü və beşinci nəsil silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni müasir müharibələrin taktikasını öyrənməklə həm də ciddi təhlilimiz var və 44 günlük müharibənin acı təcrübəsindən artıq bilirik ki, hansı silahlara ehtiyac var. Və biz təbii ki, bu silahlara sahib olan və onları bizə satmağa hazır olan ölkələrlə əməkdaşlıq edirik”, - Xaçatryan bildirib.

Qeyd edək ki, bundan öncə Xaçatryan 4 və 5-ci nəsil ultra-müasir silahları Ermənistanın da istehsal etdiyini bildirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam