Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Saakaşvilidən həmkarına tövsiyə: Küçələrə çıxın!

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili həmkarı, hazırkı prezident Salome Zurabişviliyə Avropaya inteqrasiya üçün yaradılan ictimai platformanı “küçələrə çıxarmağı” təklif edib.

Yenixeber.org xəbər verir ki, o, Vahid Milli Hərəkat Partiyasının bu halda Zurabişvilinin ideyasına qoşulmağa hazır olduğunu əlavə edib.

"Təbii ki, indiki prezidentə müdriklik öyrətmək fikrində deyiləm, sadəcə deyəcəyəm ki, onun yerində olsaydım, xalqın tribunasını küçələrə çıxarardım. Geniş Azadlıq Meydanı kiçildi. Salome xanıma tanış olan hippodrom artıq praktiki olaraq yoxdur, amma Rustaveli hələ də mövcuddur, onu doldurmaq olar, hamı bunu birlikdə edə bilər. Əgər prezident bu təşəbbüslə çıxış edərsə, biz onu dəstəkləyəcəyik”, - Saakaşvili bildirib.

Partiyalar və vətəndaş cəmiyyəti ilə danışıqlara gəlincə, Saakaşvili ən vacib vəzifəni seçkilərin ədalətli keçirilməli olduğunu bəyan etmək deyil, bu ədalətin necə təmin olunacağından danışmaq olduğunu hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam