Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Türkiyədən alınan "Akıncı"lar Azərbaycana gətirildi -PUA nələrə qadirdir....

 

Azərbaycan Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) alıb.

Yenixeber.org-ın məlumatna görə, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Qeyd edək ki, “Akıncı” daxili yükü 450 kq və xarici yükü 900 kq olmaqla, 1350 kq ümumi yükdaşıma qabiliyyətinə malikdir. Hər biri 450 at gücündə (340 kVt) iki turbovintli mühərriklə işləyən PUA-nın maksimal havaya qalxma kütləsi 5.5 tondur.

Bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə sahib olan təyyarə platforması, eyni zamanda tam avtomatik uçuş nəzarəti və 3 ehtiyat avtopilot sistemi sayəsində yüksək uçuş təhlükəsizliyi təmin edir. Faydalı yük tutumu sayəsində daşıyacağı milli sursatlarla əməliyyatlar icra edə biləcək “Akıncı” qanadlı raketlər atmaq qabiliyyətinə də malikdir.

“Akıncı” taktiki PUA TÜBİTAK SAGE və “Roketsan” tərəfindən istehsal olunan milli sursatlardan MAM-T, MAM-L, MAM-C, “Sungur” “Cirit”, L-UMTAS, “Bozok”, MK-81, MK-82, MK-83, “Wing Guide Kit” (KGK) -MK-82, “Gökdoğan”, “Bozdoğan”, NEB, SOM raketlərindən istifadə edə bilir. F-16 döyüş təyyarələrinin icra etdiyi bəzi tapşırıqları da yerinə yetirəcək “Bayraktar Akıncı” burun hissəsində yerləşən ASLESAN istehsalı olan AESA radarı sayəsində yüksək vəziyyət sezmə bacarığına malikdir.

“Akıncı” “Roketsan” şirkətinin yeni hazırladığı səsdən sürətli TRG-230-İHA “hava-yer” tipli raketi ilə də silahlandırıla bilər. TRG-230-İHA “Roketsan”ın “yer-yer” tipli TRG-230 raketinin PUA-dan atılması üçün nəzərdə tutulmuş versiyasıdır.

"Akıncı" Türkiyə ordusu tərəfindən aktiv istifadə edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam