Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

"The Economist" Zalujnının çıxarılmasını “müharibənin yeni mərhələsi” adlandırıb

 

"The Economist" nəşri Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsindən istefaya göndərilməsini “müharibənin yeni mərhələsi” adlandırıb.

Yenixeber.org xəbər verir ki, nəşr Ukrayna prezidenti Volodimir Zelenskinin “müharibənin yeni, həlledici mərhələsində” səhv etmək riski daşıdığını qeyd edib.

Vurğulanıb ki, Zelenski əsas məqsədinin Rusiyanın zəbt etdiyi əraziləri geri qaytarmaq olduğunu desə də, Zalujnı dəfələrlə resursların və əsgərlərin həyatının qorunmasının vacibliyindən danışıb.

Nəşr yazıb ki, Ərazilərin hərbi yolla qaytarılmasının mümkün olmadığı aydınlaşdıqca, Zelenski ilə Zalujnı arasında münasibətlər getdikcə gərginləşib və belə bir şəraitdə Zalujnının istefası düzgün qərar idi.

O da ifadə olunub ki, indi ən vacib sual Zelenskinin Zalujnının işdən çıxarılmasından istifadə edərək müharibəyə baxışını dəyişdirə bilməyəcəyidir: "Hələlik o, ələ keçirilən torpaqları geri almaq üçün açıq şəkildə vədinə sadiq qalır. Bununla belə, Ukrayna ərazi ilə müəyyən edilmiş müharibədə qalib gələ bilməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam