Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

MEDİA-dan prezident seçkiləri ilə bağlı xəbərdarlıq

 

Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır.

Bu barədə Yenixeber.org-a agentlikdən məlumat verilib.

"Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır.

Xatırlatmaq istərdik ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməli olduqları bildirilib.

Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir", - agentlikdən qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam