Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Məşhurların adı ilə saxta reklamlar yayılır -Bloger

 

Azərbaycanda sosial şəbəkələr üzərindən tanınmış şəxslərin adından saxta reklamlar yayımlanır. Əvvəllər bunu sosial şəbəkə fenomenlərinin foto və videolarına müdaxilə ilə edirdilər. Sonradan bu reklamları aparıcılar, jurnalistlər və tanınmış blogerlər üzərindən etməyə başladılar.

Yenixeber.org: Bu sözləri tanınmış bloger, jurnalist Bahadur Seyidov sosial şəbəkələrdə tanınmış şəxslərin üzərindən saxta reklamların yayımlanması ilə bağlı danışarkən deyib.

B.Seyidov qeyd edib ki, bu yaxınlarda onun da fotosundan istifadə etməklə saxta reklam yayılıb:

“Təbii ki, bütün bu saxta reklamların qarşısı vaxtında alınmadığı üçün onları hazırlayanlar daha da irəli gedirlər. O qədər ki, hətta Prezident İlham Əliyevin videolarını montaj proqramları ilə elə düzəldirlər ki, orijinaldan seçilmir. O videolarda səs, danışıq və üz cizgilərini montaj edirlər, guya dövlət başçısı insanları hansısa layihələrə investisiya qoymağa çağırır”.

Onun sözlərinə görə, bu reklamlarda əsasən xarici ölkələrdəki mərc oyunlarına yatırım etmək, hansısa dərman preparatlarını, kosmetika və parfümeriya məhsullarını almaq üçün çağırış edirlər:

“Məsələ burasındadır ki, hər kəs bu reklamların saxta olmasını anlaya bilmir və nəticədə tələyə düşənlər də olur”.

Bloger onu da vurğulayıb ki, istifadə edilən şəxs və onun əhatəsi bu cür saxta reklamları görməməsi üçün bloklanır:

“Nəticədə saxtakarlığı vaxtında aşkar etmək xeyli çətinləşir. Belə görünür ki, bunun üzərində peşəkarlar işləyir. Ona görə hər kəsi diqqətli olmağa, aidiyyəti qurumları isə bununla mübarizəyə çağırıram”.(Axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam