Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
Günün xəbəri

Kremldən Zalujnının istefası xəbərinə reaksiya

 

Kreml Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün istefası ilə bağlı vəziyyəti izləyir.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Təbii ki, izləyirik. Hələ çoxlu suallar var. Bir şey aydın olaraq qalır: Kiyev rejiminin çoxlu problemləri var. Bu, dəqiqdir”, - o bildirib.

O əlavə edib ki, uğursuz əks-hücum və cəbhədəki problemlər Kiyev rejiminin nümayəndələri ilə ölkənin hərbi rəhbərliyi arasında ziddiyyətlərin artmasına səbəb olur:

“Xüsusi hərbi əməliyyat uğurla davam etdikcə bu ziddiyyətlər artacaq”.

Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam