Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Paşinyan xalqa müraciət etdi:“Asan deyil, amma...”

 Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Günü münasibətilə xalqa təbrik müraciəti ünvanlayıb.

Yenixeber.org: O, ölkəsinin sülh danışıqlarından başqa yolu qalmadığını söyləyib.

“Bizə müstəqilliyi və suverenliyi, o cümlədən təhlükəsizliyi təmin edən münaqişəsiz bir mühit lazımdır. Çoxları bu gərgin regional şəraitdə, vaxtaşırı hərbi toqquşmalar fonunda sülhdən danışmağın kifayət etmədiyinə inanır. Amma biz hazırkı şəraitdə sülhə daha çox dəyər verməli, bunu atəşkəslə qarışdırmamalıyıq. Sülh dövlətlərarası, millətlərarası münaqişələrdən uzaq bir mühitdir”.

Nikol sülhə gedən yolun asan olmadığını vurğulayıb: “Biz bu yoldan müstəqillik, dövlətçilik, gələcək naminə keçməliyik”.

Ermənistan baş naziri müraciət boyunca müxtəlif məsələlərə toxunsa da, Qarabağla bağlı birbaşa söz deməyib./sfera.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam