Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Antonio Quterreş dünya liderlərinə çağırış edib

Antonio Quterreş: Dünyada aclıq və səfalət durmadan artır

“Dünya liderlərinin real, praktiki qərarlar qəbul etmək üçün bir araya gəlməsinin vaxtıdır”.

Yenixeber.org: Bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.

Onun sözlərinə görə, indi mövqe tutmaq, laqeydlik və ya qərarsızlıq vaxtı deyil:

“Siyasət, diplomatiya və effektiv liderlik kompromisdən ibarətdir. Dünya liderlərinin ümumi rifah üçün ortaq gələcəyin dizaynında kompromis əldə etmək üçün xüsusi məsuliyyəti var. Buna da gələn həftə Nyu-Yorkda başlamalıyıq”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası sentyabrın 19-da Nyu-York şəhərində, BMT-nin mənzil qərargahında öz işinə başlayacaq.

Həmin gün BMT Baş Assambleyasının hazırkı rəhbəri, macarıstanlı diplomat Çaba Korosi 77-cı sessiyaya yekun vuracaq. BMT Baş Assambleyasının yeni sessiyasına Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Denis Fransis rəhbərlik edəcək.

BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

Həftədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Həftə ərzində Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin sürətləndirilməsi, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq və yeraltı su mənbələrinin tükənməsi, dünyadakı qida çatışmazlığı, enerji böhranı və digər aktual məsələləri müzakirə olunacaq.

BMT Baş Assambleyasının 78-ci yüksək səviyyəli həftəsi ənənəvi olaraq Braziliya prezidenti Luis İnasio Lula da Silvanın çıxışı ilə açılacaqdır. Ondan sonra ABŞ prezidenti Cozef Bayden söz alacaq. Bayden bu il BMT Baş Assambleyasına qatılacaq “Böyük beşlik” liderlərindən yeganə olacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam