Redaktor seçimi
Milyardlıq nəhəngin rəsmi hesabatı: "ASELSAN Bakü" regional layihələrdə niyə ön plana çıxa bilmir? -
Quran oğrusu Əlixan Musayevin yeni taktikası:
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq...” -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Günün xəbəri

Separatçılar humanitar yükü “bir qrup sakinə” yüklədi:sakinlər “imkan vermədi”

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində məskunlaşan erməni sakinlər üçün Rusiyadan göndərilən humanitar yardım hələ də əraziyə buraxılmayıb.

Yenixeber.org: Erməni mediası Qarabağdakı separatçı dəstənin yükü qəbul etmək istədiyini, lakin “bir qrup sakinin” Ağdam yolu ilə “heç bir nəqliyyat vasitəsi” buraxmamaq barədə “qərar” verdiyini iddia edir.

“Hazırda bizim əsas məqsədimiz Azərbaycanın nəzarəti altında olan ərazidən hər hansı yükün Qarabağa daxil olmasının qarşısını almaqdır: istər Rusiya, istər Azərbaycan yükü, istərsə də başqasının yükü olmasının fərqi yoxdur, çünki bu halda Laçın yolu hüquqi statusunu tamamilə itirəcək”, - sakin kimi təqdim edilənlərdən biri deyib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Qarabağ iqtisadi rayonunun erməni sakinləri üçün göndərdiyi humanitar yüklər bir neçə gündür Ağdam yolunda gözləyir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam